Lənkəranda şəhid və qazi ailələrinə təsərrüfatlar yaradıldı
11:14 16 Dekabr 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Lənkəran rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, həmin şəxslər növbədənkənar özünüməşğulluq proqramına cəlb olunublar. Qısa müddətdə onlara mal və materiallar, avadanlıqlar verilib.
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Zaur Ağazadənin atası Kamal Ağayev, habelə şəhid Ramid Əliyevin anası Qətibə Əliyeva, şəhid Ayxan Qurbanzadənin həyat yoldaşı Kəmalə Səmədova və Vətən müharibəsi iştirakçısı Əhliman Quluzadə üçün kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfatlar qurulub.
Agentlik post müharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq tədbirlərinə cəlb olunması ilə bağlı Tədbirlər Planı əsasında bu kateqoriyalardan olan vətəndaşların aktivlərlə təminatı, habelə proqrama cəlb edilməsi işlərini davam etdirir.
Femida.az
Oxunub: 440
Oxşar xəbərlər
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb
- Lənkəranda müəllim intihar edib