Ölkədə əhalinin sayı açıqlanıb


14:17     16 Dekabr 2020 2020/12/412235860_1608114036.jpg

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Dövlət Statistika Komitəsindən Femida.az -a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 54701 nəfər və ya 0,5 faiz artaraq 2020-ci il noyabr ayının 1-i vəziyyətinə 10121809 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.

Femida.az

Açar sözlər: Əhali   Azərbaycan    

Oxunub: 556