İtaliyada bir gündə 680 nəfər koronavirusdan ölüb


21:28     16 Dekabr 2020 2020/12/italy-coro_1608138811.jpg

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 17 572 nəfər artıb.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 680 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 66 537 nəfərə çatıb. Ölkədə hazırda 645 706 aktiv koronavirus xəstəsi var, onlardan 2926-sı ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 888 144 nəfərdən 1 175 901 nəfər sağalıb.

Açar sözlər:

Oxunub: 523