Ermənistanda COVID-19-dan ölüm sayı 2 581-ə çatdı


11:00     17 Dekabr 2020 2020/12/D45ADADC-D09B-40BE-A765-D78AC8E59DDB_1608188580.jpeg

Ermənistanda son sutka ərzində daha 1 174 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 151 392 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 25 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2 581-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 642 nəfərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 422