Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı işlə təmin edildi
15:27 17 Dekabr 2020
Şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı çərçivəsində də dəstək göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentiyi tərəfindən həmin proqram çərçivəsində işəgötürənlərlə bağlanmış müqavilələr əsasında artıq 125 nəfər şəxsə işlə təmin edilmək üçün göndəriş verilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, onlardan bir hissəsi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və həmin müharibənin iştirakçılarıdır. Göndəriş verilənlərdən 24-ü ilə əmək müqaviləsi bağlanıb, qalanları ilə qısa müddətdə müqavilələr bağlanacaq.
Proqramda iştirak etmək üçün son günlərdə 58 işəgötürən müraciət edib. “Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan həmin işəgötürənlərdən artıq 35-i ilə müqavilə imzalanıb. İşəgötürənlərin proqrama müraciətləri, həmçinin onlarla müqavilələrin imzalanması, göndəriş verilmiş şəxslərlə əmək müqavilələrinin bağlanması prosesi davam edir.
Qeyd edək ki, bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.
Proqram üzrə göndərişlərin verilməsi zamanı şəhid ailəsi üzvlərinə, müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.
İşəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.
Femida.az
Oxunub: 550
Oxşar xəbərlər
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradılıb - SİYAHI
- Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib
- Birinci vitse-prezident Zəngilan səfərindən görüntü paylaşıb - VİDEO
- Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib
- Bir gündə toylara görə 7 nəfər cərimələnib
- Bir sıra ölkələrdə uşaqlar az tanınan virusa yoluxmağa başlayıblar
- Bir gündə 5 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb