Hulusi Akar: “Generalımız və digər əməkdaşlarımız Azərbaycana getməyə hazırdır”
10:08 18 Dekabr 2020
“Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir. Generalımız və digər əməkdaşlarımız ora getməyə hazırdır”.
Femida.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.
“Bundan başqa, ora minatəmizləyən mütəxəssislərimizi də göndərmişik. Həm təlim keçirlər, həm də ərazini yoxlayacaqlar. Türkiyə Silahlı Qüvvələrinin minaaxtarma və təmizləmə üzrə iki heyətini Azərbaycana göndərmişik. Atəşkəsə ümumilikdə riayət edilir. Ruslar bu mövzuda diqqətlidirlər. Hadisələri izləyirik”, - o vurğulayıb.
H.Akar vurğulayıb ki, Qarabağın bir qismində ermənilər hələ də qalır: “Ruslar iddia edirlər ki, türk əsgəri ermənilərin yaşadığı yerlərdə olarsa, problem yaranar. Qarabağda Türkiyə hərbçilərinin yerləşdirilməsi Türkiyə-Azərbaycan arasında həll olunan mövzudur”.
Femida.az
Oxunub: 890
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"