“İmkan verin, çıxış edək” - Zahid Oruc əsəbiləşdi


18:34     18 Dekabr 2015 zahid%20or.jpg

Milli Məclisdə Torpaq Məcəlləsinin müzakirəsi zamanı deputat Zahid Oruc bəzi həmkarlarının çıxış etmək istəyən millət vəkillərinə maneçilik törətməsinə sərt reaksiya verib.

Femida.az xəbər verir ki, o qeyd edib ki, yeni çağırış parlamentin yalnız bir iclası keçirilib: “Siz bu qədərmi yorulmusunuz? Parlament müzakirələr yeridir. Kürəyimizdən təzyiq edirsiniz. Çıxış etmək istəyirik, yerdən küylər, səslər gəlir. Kim istəmirsə, durub gedə bilər. Onsuz heç kim dövlətin əleyhinə çıxış edən deyil. Biz sədrdən icazə alıb, konstitusion hüququmuzdan istifadə edərək çıxış edirik. Biz sizə hörmət edirik, siz də bizə hörmət edin. İmkan verin ki, çıxış edək”.

Açar sözlər:

Oxunub: 1715