Goranboyda koronavirus xəstələrinə cinayət işi başlanıldı


09:22     19 Dekabr 2020 polis.jpg

Goranboy rayonunda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Balakürd kənd sakini Emil Abbasovun və Dəliməmmədli şəhər sakini Başxanım Ağayevanın ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.

Faktlarla bağlı RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 491