Ölən hərbçilərin qohumları Paşinyanı qəbiristanlığa buraxmaq istəməyib


17:21     19 Dekabr 2020 20_12_19_1608380519.jpg

Azərbaycanın Qarabağ bölgəsindəki müharibədə iştirak etmiş işğalçı Ermənistan ordusunun veteranları, adi vətəndaşlar və ölən hərbçilərinin qohumları baş nazir Nikol Paşinyanı “Yerablur” qəbiristanlığına buraxmaq istəməyib

Femida.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

“Biz artıq susa bilmərik. Nikol Paşinyanın bizimlə bir yerdə ölən oğullarımızın xatirəsini yad etməyə icazə verməyəcəyik. “Yerablur”a o, bizim meyitimizin üstündən keçib, gedə bilər”, ölən əsgərin qohumu bildirib.

Qeyd edək ki, dekabrın 19-dan Ermənistanda 3 günlük matəm başlayıb. Nikol Paşiyan hökumət üzvləri, məmurlar və tərəfdarları ilə birlikdə hökumət binasının qarşısından qəbiristanlığa matəm yürüşü edib.

Açar sözlər:

Oxunub: 638