Ermənistanda COVID-19-dan ölüm sayı 2630-a çatdı


11:45     20 Dekabr 2020 2020/12/9A496CE8-3F99-40C7-BF9B-C118EAA9F157_1608450376.jpeg

Ermənistanda son sutka ərzində daha 652 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 153 825 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 14 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2 630-a çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 652 nəfərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 482