"Kəskin hava şəraitinə baxmayaraq əməkdaşlarımız iş başındadır"- Azərişıq


12:55     20 Dekabr 2020 azerisiq89.jpg

“Azərişıq” ASC-nin əməkdaşları abunəçilərin 24 saat fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün var gücü ilə çalışır.

Bu barədə Femida.az quruma istinadən xəbər verir.

Qeyd olunub ki, Azərbaycanın müxtəlif dağlıq və dağətəyi regionlarda qarın yağmasına və havaların şaxtalı keçməsinə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları elektrik enerjisi xəttlərində qəzaların baş verməməsi üçün səfərbər olunublar.

“Azərbaycanın bir sıra regionlarında havaların qarlı və kəskin şaxtalı keçməsi istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchizatında üzərimizə düşən məsuliyyəti daha da artırır. “Azərişıq” ASC-nin regional enerji təchizatı və satışı idarələrinin əməkdaşlarının ekstremal hava şəraitinə baxmayaraq gecə-gündüz çalışması nəticəsində istehlakçılarımızın dayanıqlı və keyfiyyətli elektrik enerjisinə əlçatanlığında problem yaşanmayıb.

Hər il olduğu kimi bu il də payız-qış fəsli ilə əlaqədar olaraq regionlar zəruri avadanlıqlar, mal-materiallarla öncədən təmin edilib, kəsinti və qəzaların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülüb. Baş verə biləcək kəsilmələrin qarşısını almaq üçün əməkdaşlarımız daim hazır vəziyyətdədir.

İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı qəza halı ilə bağlı “Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar” deyə, məlumatda qeyd olunub.

Açar sözlər:

Oxunub: 545