Erməni deputat Azərbaycandakı əsir sayını açıqladı


13:38     20 Dekabr 2020 20_12_20_1608456333.jpg

Azərbaycan tərəfi onlarda 62 erməni əsirinin olduğunu təsdiqləyib.



Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Nazeli Baqdasaryan deyib.

"İndicə deputat Sofiya Ovsepyanla Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun görüşü başa çatdı. General bildirib ki, rəsmi Bakı 62 erməninin əsir götürüldüyü faktını təsdiq edib”, - Baqdasaryan bildirib.

Açar sözlər:

Oxunub: 680