İranın neft naziri bu gün Rusiyaya gedir


13:54     20 Dekabr 2020 20_12_20_1608458106.jpg

İranın neft naziri Bijan Namdar Zanqane 20 dekabrda Moskvaya səfər edir.

Femida.az bildirir ki, bu barədə İran Neft Nazirliyi məlumat verib.

Səfər çərçivəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak və Energetika naziri Nikolay Şulginovla görüş planlaşdırılıb.

Məsləhətləşmələr zamanı neft bazarındakı son dəyişikliklər müzakirə ediləcək.

Açar sözlər:

Oxunub: 515