Rusiyada son bir gündə 511 nəfər virusun qurbanı olub


14:32     20 Dekabr 2020 20_12_20_1608459044.jpg

Rusiyada son bir gündə daha 28 948 nəfərə COVID-19 diaqnozu qoyulub.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 848 377 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 511 nəfər artaraq 50 858-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 275 657 nəfər sağalıb.

Açar sözlər:

Oxunub: 445