İranın Qərbi Azərbaycan əyalətində 4.5 bal gücündə zəlzələ olub


16:08     20 Dekabr 2020 20_12_20_1608466135.jpg

İranın Qərbi Azərbaycan əyalətində 4.5 bal gücündə zəlzələ baş verib.

Femida.az -IN məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 09:26 -da Qərbi Azərbaycan əyalətinin Qətur bölgəsində baş verib.

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 5 km dərinlikdə yerləşib.

Zəlzələnin episentri Türkiyə sərhəddinin 83 kilometrliyində Qətur bölgəsində olub.

Açar sözlər:

Oxunub: 502