Əməkdar artist Atabala Səfərov vəfat edib
16:54 20 Dekabr 2020
Azərbaycanın əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov dünyasını dəyişib.
Femida.az xəbər verir ki, A.Səfərov bu gün səhər saatlarında 71 yaşında vəfat edib.
Qeyd edək ki, Atabala Səfərov 1949-cu ildə dünyaya gəlib. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib və həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olub, özünü tamaşaçılara sevdirə bilib.
1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışıb, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıdıb və burada yaradıcılıq fəaliyyətini davam etdirib. Bu müddətdə o, "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Birgünlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış edib.
A.Səfərov 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.
O, görkəmli aktyor Bəşir Səfəroğlunun yaxın qohumudur.
Oxunub: 701
Oxşar xəbərlər
- Əməkdar mədəniyyət işçisi vəfat edib
- Əməkdar jurnalist Mais Məmmədov reanimasiyaya yerləşdirilib
- Əməkdar artist Novruz Qartal vəfat edib
- Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib
- Əməkdar artist Emil Həsənov vəfat edib
- Əməkdar artist Zöhrə Abdullayeva vəfat edib
- Əməkdar artist Baloğlan Əşrəfov dəfn olunub
- Əməkdar mədəniyyət işçisi koronavirusdan vəfat etdi
- Əməkdar artist vəfat etdi
- Əməkdar artisti vəfat edib