Yevlaxda çayxana sahibi və müştəriləri cərimələndi


11:04     21 Dekabr 2020 20_12_21_1608534346.jpg

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun Gülövşə kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Çayxananın sahibi və orada olanlardan 6 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.

Açar sözlər:

Oxunub: 540