Azərbaycandan Rusiyaya ixracda yaranan problemlərin həlli müzakirə olunub
12:10 21 Dekabr 2020
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə görüşüb.
Bu barədə Femida.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Azərbaycan və Rusiyanın dost və qonşu ölkələr, strateji tərəfdaşlar olduğunu qeyd edən nazir vurğulayıb ki, ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı yüksək etimad və dostluq münasibətləridir.
M.Cabbarov Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, Rusiyanın münaqişənin həlli üçün göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
O, Rusiyanın əsas ticarət tərəfdaşlarımızdan və qeyri-neft ixracında ilk yerdə olduğunu, kənd təsərrüfatı, sənaye, nəqliyyat-tranzit, investisiya, turizm və digər sahələrdə uğurlu əməkdaşlığı, əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edib.
Səfir isə ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsini vurğulayıb, iqtisadi tərəfdaşlığın genişləndirilmısi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan İnvestisiya Holdinqi ilə əməkdaşlıq perspektivləri, həmçinin azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə Rusiya şirkətlərinin iştirakına dair müzakirələr, növbəti Azərbaycan-Rusiya Regionlararası Forumunun təşkili barədə fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin, Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında son vaxtlarda ortaya çıxan bəzi çətinliklərin aradan qaldırılması yollarını müzakirə ediblər.
Oxunub: 638
Oxşar xəbərlər
- Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndəriləcək
- Azərbaycandan Rusiyaya bəzi məhsulların dəmiryolu ilə daşınmasına olan icazənin müddəti uzadılıb
- Azərbaycandan Rusiyaya "Aqroekspress" vasitəsilə ilk yük qatarı göndərilib
- Azərbaycandan bu il üçün 2 fındıq partiyasının ixracına icazə verilməyib
- Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb
- Azərbaycandan İrana keçməyə cəhd edən şəxs saxlanılıb
- Azərbaycandan xaricə oxumağa gedənlərin sayı açıqlanıb
- Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni giriş qaydaları qüvvəyə minir
- Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndəriləcək
- Azərbaycandan İrana 20 məhkum ekstradisiya edilib