Cəlilabadda COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb


12:28     21 Dekabr 2020 20_12_21_1608535764.jpg

Cəlilabadda dəfn mərasimində iştirak edən COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb

Bu barədə Femida.az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilən amma buna baxmayaraq yaşayış yerini tərk edən daha bir aktiv koronavirus xəstəsi müəyyən edilib.

Cəlilabad şəhər sakini E.Verdiyevin COVID-19 virusunun daşıyıcısı olduğunu bildiyi halda tanışının dəfn mərasimində iştirak etdiyi məlum olub.

Karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etməmək barədə dəfələrlə edilən xəbərdarlıqlara riayət etməyən və bununla da virusun daha çox yayılmasına şərait yaradan həmin şəxsin bu əməli polis əməkdaşları tərəfindən aşkarlanıb və o tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarıb.
E.Verdiyevin barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 569