Gələn ilin dövlət büdcəsindən sosial sahəyə 11 milyard manat ayrılacaq


14:36     21 Dekabr 2020 budce.png


2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri açıqlanıb.

Femida.az xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Bildirilib ki, 2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11 111,9 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur.

Femida.az

Açar sözlər: #sosial   #büdcə  

Oxunub: 723