Paşinyan kilsədən qovuldu, Qafana buraxılmadı - VİDEO


15:02     21 Dekabr 2020 20_12_21_1608550569.jpg

Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin Sünik vilayətinə səfəri zamanı insident baş verib.

Femida.az “Sputnik Armeniya” istinadən bildirir ki, vilayətin Sisian şəhərində ibadət üçün kilsəyə daxil olan N.Paşinyan keşişlə salamlaşmaq üçün əl uzatsa da, din xadimi hökumət başçısının əlini sıxmaqdan imtina edib.

Keşiş baş nazirə məbədi tərk etməyi tövsiyə edib.

Kadrlardan göründüyü kimi, Nikol Paşinyan kilsəyə girər-girməz oradan ayrılır.



Yeri gəlmişkən, Paşinyan sakinlərin etirazı səbəbindən Sünik vilayətinə səfərini yarıda dayandırmağa məcbur olub.

Bu gün hökumət başçısının bölgənin Gorus və Qafan şəhərlərinə getməsi planlaşdırılırdı.

Lakin N.Paşinyan həmin şəhərlərə gedə bilməyəcəyini deyib. Hökumət başçısı vurğulayıb ki, adıçəkilən şəhərlərə gedən yol sakinlər tərəfindən bağlandığına görə səfər baş tutmayıb.

N.Paşinyan hazırda Sisiandadır.

Qeyd edək ki, məlumata görə, o, vilayətin Sisian şəhərinə helikopterdə gedib.

Xatırladaq ki, Sünik vilayətinin sakinləri N.Paşinyanı bölgəyə buraxmamaq üçün yolu bağlayıblar. Sakinləri etirazlara səsləyən bölgənin Gorus şəhərinin meri Aruş Aruşanyan artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı cinayət işlərinin açıldığı bildirilib.

Femida.az

Açar sözlər: #Paşinyan  

Oxunub: 941