Son 5 ildə 200 cinayətkar Azərbaycana ekstradisiya olunub
17:37 21 Dekabr 2020

Ədliyyə Nazirliyi tərəfindən dünyanın 33 ölkəsi ilə hüquqi sahədə ikitərəfli sazişlər üzrə, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar, eləcə də digər qitələrin ölkələri ilə 40-dan çox ikitərəfli müqavilələr üzrə ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və digər sahələrdə səmərəli əməkdaşlıq həyata keçirilir.
Bu barədə Femida.az-a Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, təkcə bu il ərzində beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. ölkələrdən Ədliyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə ölkəmizə ekstradisiya edilməsi təmin olunub.
Ümumilikdə isə ötən 5 il ərzində 200 nəfərədək cinayətkar şəxslərin Azərbaycana ekstradisiyası təmin olunub.
Amin Nəzərli
Femida.az
Oxunub: 1683
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyinin İcra baş idarəsində struktur dəyişikliyi olub
- 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib - 10 cinayət işi açılıb
- Ədliyyə Nazirliyi fəaliyyət göstərməyən partiyaların adlarını açıqlayıb
- Həbsdə olan şəhid ailələrinin üzvləri azadlığa buraxılıb
- Ötən il 2603 məhkuma elektron qolbaq tətbiq edilib
- Ötən il Azərbaycanda 130 minə yaxın uşaq doğulub
- Bir ildə Azərbaycanda 35 576 nikah qeydə alınıb
- Azərbaycanda 8 mindən çox şəxs azadlığa buraxılıb
- "Şəxsin başqa dövlətin ərazisində dindirilməsi tələb olunursa, bu videokonfrans şəklində keçirilə bilər"
- Ötən il xaricdən 5 məhkum Azərbaycana ekstradisiya olunub