Hərbi polis azad edilmiş ərazilərdə təhlükəsizliyini təmin edir
18:34 21 Dekabr 2020
Azərbaycan Ordusunun hərbi polis bölmələrinin hərbi qulluqçuları azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində və qoşunların dislokasiya yerlərində təhlükəsizliyin təmin edilməsində iştirak edir.
Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi polis naryadları yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarındakı stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır, buraxılış rejimini, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti təşkil edir.
Hərbi polis müxtəlif istiqamətlərdə açılan nəzarət-buraxılış məntəqələrində patrul xidmətini həyata keçirir, əraziyə daxil olan texnikanın uçotunu aparır, mühüm hərbi obyektlərin mühafizəsini təşkil edir, həmçinin kolonların müşayiətini təmin edir.
Femida.az
Oxunub: 590
Oxşar xəbərlər
- Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- Hərbi qulluqçumuz VƏFAT ETDİ
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Hərbi Hava Qüvvələrində təlimlər keçirilib
- Hərbi Prokurorluğun nümayəndələri azad edilən ərazilərə gedib
- Hərbi prokurorun müavini vəzifəsindən azad edilib
- Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşı artırılıb
- Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
- Hərbi forma geyinən bu şəxslər cərimə olunacaq