Xırdalan intihara cəhd olub


21:41     18 Dekabr 2015 4c2d6719b8c8842e0885ea4f79e281e9.jpg

Xırdalan şəhərində intihara cəhd olub.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində bir nəfərin tikilməkdə olan binanın 5-ci mərtəbəsinin eyvana intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində vətəndaş aşağı endirilərək aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 1142