Xalq artisti dünyasını dəyişdi
22:13 21 Dekabr 2020
Azərbaycanın Xalq artisti Səfurə İbrahimova dünyasını dəyişib.
Femida.az xəbər verir ki, bu barədə onun sənət yoldaşları sosial şəbəkədə məlumat yayıblar.
82 yaşında vəfat edən Xalq artisti uzun müddət idi ki, tənha yaşayırdı.
Qeyd edək ki, Safurə İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda doğulub. 1955-ci ildə 14 nömrəli orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 nömrəli orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib.
Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabrın 1-də Akademik teatrın truppasına daxil olub. Safurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib. 1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Safurə İbrahimova olub.
Femida.az
Oxunub: 649
Oxşar xəbərlər
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Xalq artisti Əlibaba Məmmədov dəfn olunub
- Xalq artistinin qızına hökm oxunub
- Xalq artisti Ağakişi Kazımov vəfat edib
- Xalq artisti Vaqif Şərifov reanimasiyaya yerləşdirilib
- Xalq rəssamı Arif Qazıyev vəfat edib
- Xalq-iqtidar birliyinin zəfəri
- Xalq artisti Prezidentə təşəkkür edib
- Xalq artisti Səməd Səmədov vəfat edib
- Xalq şairi Musa Yaqub vəfat edib