DYP Əmlak Məsələləri Dövlət Xidmətini cərimələdi


12:52     22 Dekabr 2020 2020/12/6224F349-79C2-4846-A130-5333FADF5DE3_1608627234.jpeg

Dövlət Yol Polisi (DYP) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində inzibati qaydada protokol tərtib edib.


Femida.az-ın xəbərinə görə, Xətai Rayon Məhkəməsi protokola əsasən Əmlak Məsələləri Dövlət Xidmətini 300 manat məbləğində cərimə edib.

Dövlət qurumu İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Qərardan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verib.

Femida.az

Açar sözlər:

Oxunub: 742