Müharibədən sonra 12 nəfər minaya düşərək ölüb - RƏSMİ


14:02     22 Dekabr 2020 mina.jpg


Hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli bəyanatdan etibarən 6 mülki şəxs və 6 hərbçi minaya düşərək həyatını itirib, 7 mülki şəxs və 14 hərbçi isə xəsarət alıb.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin UNESCO-nun ölkəmizə missiyasının göndərilməsi ilə bağlı məlumatında qeyd olunub.

Bildirilib ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən həm işğal müddətində minalanıb, həm də Ermənistan ordusu işğal edilmiş ərazilərimizdən geri çəkilərkən tarix və mədəniyyət abidələrinin ətrafını minalayaraq ərazini təhlükəli bölgəyə çevirib.

Femida.az

Açar sözlər: #mina  

Oxunub: 762