Gürcüstan PUA-lar alacaq


18:03     22 Dekabr 2020 20_12_22_1608645838.jpg

“2021-ci ildə Gürcüstan operativ, taktiki kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları alacaq”.

Femida.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri vəzifəsini icra edən İrakli Qaribaşvili parlamentdə dinləmələr zamanı bildirib.

O deyib ki, manevr və artilleriya bölmələri müasir uçuş texnikaları ilə təchiz olunacaq, radioelektron və kəşfiyyat-müşahidə aparat və vasitələri hazırlanacaq.

İ.Qaribaşvili gələn il müasir daşınan zenit-raket sistemlərinin də alınmasının planlaşdırıldığını qeyd edib.

Açar sözlər:

Oxunub: 480