ABŞ Gürcüstanı əlavə “Javelin”lərlə təmin edəcək


19:11     22 Dekabr 2020 20_12_22_1608647957.jpg

“Gürcüstan 2021-ci ildə ABŞ-dan əlavə tank əleyhinə “Javelin” raket qurğuları partiyası almağı planlaşdırır”.

Femida.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri vəzifəsini icra edən İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, ölkənin Müdafiə Qüvvələri son illərdə bir partiya “Javelin” əldə edib.

Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.

Açar sözlər:

Oxunub: 376