Sülhməramlılar Qarabağda 260 hektar ərazini minadan təmizləyib


10:52     23 Dekabr 2020 2020/12/25498-1608700882_1608706366.jpg


Rusiya sülhməramlı qüvvələrinin mühəndis-istehkam bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənməsi prosesini başa çatdırır.

Femida.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatlar zamanı 260 hektar ərazi, 100 kilometrə yaxın yol, 434 yaşayış binası minadan təmizlənib.

Bundan əlavə, 8.6 mindən çox partlayıcı maddə tapılaraq zərərsizləşdirilib.

Sülhməramlılar dağlıq ərazilərdə və hava şəraitinin pisləşməsi şəraitində minalardan təmizlənmənin yüksək sürətini təmin edən müasir robot texniki sistemlərdən istifadə edirlər.

Femida.az

Açar sözlər: #Sülhməramlılar   #Qarabağ   #mina  

Oxunub: 744