Paşinyanın səlahiyyətlərinin Sarkisyana verilməsi təklif olundu
14:46 23 Dekabr 2020
"Ermənistanı beynəlxalq arenada prezident təmsil etməlidir".
Femida.az xəbər verir ki, bunu "Maariflənmiş Ermənistan" partiyasının və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan bildirib. Onun sözlərinə görə, məğlub baş nazir ölkəni beynəlxalq aləmdə təmsil edə bilməz. Ona görə də Paşinyan istefa verənədək ölkə adından prezident Armen Sarkisyan çıxış etməlidir.
Partiya sədri MDB dövlət başçılarının son iclasında Ermənistanın baş nazirinin olmadığını, ancaq Azərbaycan Prezidentinin iştirak etdiyini diqqətə çatdırıb.
"Ermənistan rəhbərliyi adından danışıqlarda iştirak etmək üçün prezidentə səlahiyyət verilməsini təklif edirik. Effektiv danışıq aparıcısı olmadığı üçün bir çox məsələlər indi Ermənistanın xeyrinə həll olunmur".
Marukyan qeyd edib ki, dəyişdirilməli olan başqa bir məqam da diasporun ümumerməni problemlərinin həllində iştirakı ilə bağlıdır. Ermənistanda illər ərzində diasporanın ölkənin siyasi həyatındakı rolunu məhdudlaşdırmaq üçün hər şey edilib: "Bunsuz Ermənistanın qarşısında duran çətinliklərin öhdəsindən gəlmək mümkün deyil".
Femida.az
Oxunub: 638
Oxşar xəbərlər
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Paşinyanın məğlub imici Ermənistanı alçaldır
- Paşinyanın "sağ əli" fərari çıxdı
- Paşinyanın partiyası yeni hökuməti formalaşdıracaq
- Paşinyanın partiyası seçkilərdə 53,9 %-lə qalib gəlib
- Paşinyanın kortejindəki qəzada yaralanan şəxsin vəziyyəti ağırdır
- Paşinyanın Rusiyaya səfəri başlayıb
- Paşinyanın açıqlamasını "qeyri-ciddi" hesab edən erməni general vəzifədən qovulub
- Paşinyanın həyat yoldaşı bu dəfə Amerikaya gedib
- Paşinyanın 20 Yanvarla bağlı məqaləsi yenidən gündəmə gəldi