Cinayət törədənlərin 77 faizi məsuliyyətinə cəlb olunub


17:05     23 Dekabr 2020 2020/02/din_yeni12_1580995028.jpg

Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar-iyun ayları ərzində 8789 nəfər cinayət törətmiş şəxs müəyyən edilib. Onların 77 faizi cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, cinayət məsuliyyətinə cəlb olunmuşların 61 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 18,7 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.

Hesabat dövründə əcnəbilər tərəfindən və ya onların iştirakı ilə 163 cinayət hadisəsi törədilib.

Cari ilin birinci yarısında qeydə alınmış cinayət hadisələrinin 2904-ü və ya 21,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, onların da 57,8 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 34,5 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,8 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,2 faizi isə digər cinayətlərdir.


Femida.az

Açar sözlər:

Oxunub: 608