Bəşər Əsəd İrana gedir


00:28     19 Dekabr 2015 981c36b6c831.jpg

Suriya prezidenti Bəşər Əsəd İrana səfərə hazırlaşır.

Femida.az İranın “Fars” agentliyinə istinadən xəbər verir ki, Suriya prezidenti Tehrana dekabrın sonlarında, yaxud da yanvarın əvvəllərində gedəcək.

Qeyd edək ki, bu, Bəşər Əsədin son 4 ildə xarici ölkəyə ikinci səfəri olacaq. Ölkəsində müharibə başlayandan bəri Bəşər Əsəd cəmi bir dəfə xaricdə olub - o, bir neçə ay öncə Moskvaya gözlənilməz səfər edib.

Rəsmi Tehran tərəfindən dəstəklənən Suriya prezidentinin İrana qarşıdakı səfərinin təfərrüatları barədə heç bir məlumat verilmir.

Açar sözlər:

Oxunub: 1383