Bill Qeyts: "Yaxın aylarda pandemiya daha da artacaq"


20:52     23 Dekabr 2020 20_12_23_1608740409.jpg

Koronavirusa qarşı peyvənd işlərinə artıq başlanmasına baxmayaraq, qarşıdakı aylarda pandemiya daha da arta bilər.

Femida.az xəbər verir ki, bu barədə “Microsoft” şirkətinin banilərindən biri, tanınmış iş adamı və xeyriyyəçi Bill Qeyts (Bill Gates) şəxsi bloqundan bildirib.

Pandemiyanın artması barədə bəhs edərkən B.Qeytsin istinad etdiyi kompüter modelləri gələn ay dünyada vəziyyətin kəskinləşəcəyini göstərir. Bununla belə, qoruyucu maska taxmaq və sosial məsafə gözləməyin koronavirusa qarşı səmərəli vasitə olduğunu xatırladan iş adamı bütövlükdə 2021-ci il ərzində yoluxma və ölüm hallarının tədricən azalacağı, həyatın adi məcrasına qayıdacağı qənaətindədir. Bu nikbinliyini B.Qeyts müxtəlif ölkələrdəki peyvəndləmə tədbirlərinin yazda ümumdünya miqyası alacağına dair proqnozlarla əsaslandırıb.

Digər tərəfdən peyvənddən boyun qaçıranların çoxalmasına da münasibət bildirən amerikalı iş adamı elmin qüdrətinə qarşı bu cür etinasızlığı başa düşmədiyini vurğulayıb.

Açar sözlər:

Oxunub: 429