Milli Məclis büdcə müzakirələrinə toplanır
09:37 24 Dekabr 2020
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Femida.az-ın məlumatına görə, deputatlar 2021-ci ilin dövlət büdcəsi zərfini müzakirə edəcəklər. Ümumilikdə iclasın gündəliyinə 13 məsələ daxildir. Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
2. “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
4. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
5. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
6. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
7. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
9. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
10. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında.
11. Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında.
12. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
13. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
Femida.az
Oxunub: 555
Oxşar xəbərlər
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Milli Məclisin sədri Misirə səfər edəcək
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- Milli Məclis qumar oyunlarına görə cərimələri I oxunuşda qəbul edib
- Milli Məclis sədrinə yeni köməkçi təyin edilib
- Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir
- Milli Məclisin iclası başlayıb
- Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb