Mağazadakı oğurluq anbaan kameralarda - Video


01:16     19 Dekabr 2015 1450455475.jpg


Sumqayıt şəhərində mağazadan 1 ay ərzində 3-cü dəfə oğurluq edilib.

Region TV xəbər verir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, Babək küçəsindəki ərzaq mağazası artıq üçüncü dəfədir ki, qarət olunur. Bu dəfəki oğurluq zərərçəkmişə əvvəlkilərlə müqayisədə baha başa gəlib. Oğru mağazaya gecə saatlarında daxil olub.

Bu dəfə də tək olan şəxs obyektin bir neçə yerində quraşdırılmış müşahidə kameralarına təkrarən düşməkdən qorxmayıb. Görüntülərdən aydın olur ki, təxminən 25-30 yaşlarında bir gənc əvvəlcə bir neçə dəfə mağazanın qapısına yaxınlaşır və içəridə adam olub-olmadığını dəqiqləşdirməyə çalışır. Tam əmin olduqdan sonra isə qapını sındıraraq içəri daxil olur.

Mağazadan barmaq izləri götürülüb. Müəyyən edilib ki, naməlum şəxs mağazaya soxularkən əlcəkdən istifadə edib. Oxşar cinayətlərin artması ehtimalı nəzərə alınaraq Sumqayıt Şəhər Polis İdarəsindən ərazidə nəzarətin gücləndiriləcəyi bildirilib.


Açar sözlər:

Oxunub: 1106


Oxşar xəbərlər