Karantini pozan daha bir kafe aşkarlandı


12:57     24 Dekabr 2020 2020/12/D0A3661D-94C6-491A-ABF0-79688C45C701_1608800346.jpeg

Qobustan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Cəngi qəsəbəsində yerləşən eyniadlı kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən olunub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, kafeni işlədən şəxs və orada olan müştərilər Polis Şöbəsinə dəvət edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 452