Rövnəq Abdullayevin xalası oğlu dənizdə itkin düşüb


01:29     19 Dekabr 2015 772721_468949.jpg

Dekabrın 4-də “Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğın zamanı itkin düşən neftçilər arasında SOCAR prezidenti Rövnəq Abdullayevin xalası oğlu da var.



Femida.az xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən bu faktı virtualaz.org saytına təsdiqləyiblər.

İtkin düşən neftçi, 43 yaşlı Əyyub Xəlil oğlu Əliyev uzun illər Dövlət Neft Şirkətində fəhlə işləyib. Faciə baş verən gün o da digər neftçilərlə birgə 10-cu özüldə iş növbəsində olub. Digər itkinlər kimi SOCAR prezidentinin yaxın qohumu Əyyub Əliyevi də xilas etmək mümkün olmayıb.

Açar sözlər:

Oxunub: 1405