İranda ötən sutkada 152 nəfər koronavirusdan ölüb


16:11     24 Dekabr 2020 20_12_24_1608808807.jpg

İranda ötən sutka ərzində 152 nəfər koronavirusdan (COVID-19) ölüb.

Femida.az -ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54 308 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 178 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 183 187 nəfərə çatıb. Virus daşıyıcılarından 5 371 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 924 685 nəfər koronavirusdan sağalıb.

Açar sözlər:

Oxunub: 333