İki yeni polis binası istifadəyə verildi


17:46     24 Dekabr 2020 20_12_24_1608818074.jpg


Dekabrın 24-də Daxili İşlər Nazirliyinin (DİN) Sabunçu rayonunun Nardaran qəsəbəsindəki xidməti binası və Əlahiddə Çevik Polis Alayının yeni korpusu istifadəyə verilib.


Bu barədə Femida.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib.

Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib.

O qeyd edib ki, daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Yeni inzibati binaların istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.

Nazir V.Eyvazov DİN-in hərbi qulluqçularına və əməkdaşlarına göstərilən ali diqqət və qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib və onu əmin edib ki, daxili işlər orqanlarının şəxsi heyəti göstərilən dövlət qayğısını və yüksək etimadı xalqına, Vətəninə sədaqətli xidməti ilə doğruldacaqdır.



Femida.az

Açar sözlər: #polis  

Oxunub: 686