Yol polisi sürücüləri diqqətli olmağa çağırdı
18:52 24 Dekabr 2020
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib.
İdarədən Femida.az-a daxil olan müraciətdə deyilir:
"Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda qəzalar və digər xoşagəlməz halların baş verməməsi üçün Baş DYP İdarəsi sürücülərin nəzərinə çatdırır ki, istifadə etdikləri nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirsinlər.
Bəzi ərazilərdə qar yağması, yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, belə hava şəraitində sürücülərə qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri tövsiyə olunur.
Eyni zamanda nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət sürətini hava şəraitinə uyğun seçməli, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlər və kəskin tormazlama etməkdən çəkinməli, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalıdırlar.
Piyadalar isə ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmasınlar və yolları yalnız müəyyən olunmuş yerlərdən keçsinlər.
Bütün hərəkət iştirakçılarını özlərinin və digər şəxslərin həyat və sağlamlığına təhlükə yaranmaması üçün son dərəcə diqqətli olmağa, qaydalara riayət etməyə çağırırıq".
Femida.az
Oxunub: 669
Oxşar xəbərlər
- Yol polisi sürücülərə çağırış edib
- Yol qəzalarında daha 3 nəfər ölüb
- Yollar nə vaxt açılacaq?
- Yol polisi sürücülərə müraciət edib
- Yol qəzalarında daha 4 nəfər ölüb
- Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- Yol polisi Samuxda reyd keçirib
- Yollar buz bağlayacaq, dumana görə görünüş məsafəsi məhdudlaşacaq
- Yollar buz bağlayacaq, güclü külək əsəcək - PROQNOZ
- Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi