20 ton meyvə - tərəvəz pulsuz paylandı - Türkiyədə


02:37     19 Dekabr 2015 publika.az14037156496.jpg


Türkiyənin cənubunda, Osmaniyə vilayətində Kadırlı şəhərinin hakimiyyəti Rusiya bazarına çıxarılacağı nəzərdə tutulan 20 ton meyvə və tərəvəzi yerli sakinlərə pulsuz paylayıb.

Femida.az-ın məlumatına görə, bu barədə " Hurriyet" qəzeti xəbər verib.

“Biz yerli ərzaqlar həftəsi çərçivəsində aksiya keçirdik. Fermerlərdən Rusiyanın imtina etdiyi 20 ton meyvə və tərəvəzi 35 min türk lirəsinə (təxminən 12 min ABŞ dolları) alaraq yerli əhaliyə pulsuz payladıq”, - deyə şəhərin meri Ömər Tarxan bildirib.

Qeyd edək ki, Türkiyədə yerli ərzaq həftəsi hər il dekabr ayında yerli istehsalçılara stimul vermək məqsədilə keçirilir.

Açar sözlər:

Oxunub: 1083