Müharibəyə çağırılan şəxslər bu tarixədək hamısı tərxis olunacaq - SƏRƏNCAM


11:12     25 Dekabr 2020 20_12_25_1608881912.jpg


Prezident İlham Əliyev səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb.

Femida.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandıracaq. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Femida.az

Açar sözlər: #sərəncam   #səfərbərlik   #müharibə   #tərxis  

Oxunub: 1335