Rusiya nəşri İlham Əliyevi “İlin siyasətçisi” seçdi


12:53     25 Dekabr 2020 20_12_25_1608886487.jpg


Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib.

Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib.

Nəşr bildirib ki, İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inandırıcı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar.

Qeyd edək ki, “İlin siyasətçisi” siyahısına namizədlər arasında Rusiya Prezidenti Vladimir Putin, ABŞ-da prezident seçkisində qalib gələn Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da yer alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 689