Xaçmazda minik avtomobili yük maşınları ilə toqquşub, xəsarət alan var


15:41     25 Dekabr 2020 20_12_25_1608892929.jpg

Xaşmazda yük avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Xaçmaz rayonunda “ВАЗ” markalı minik avtomobilinin “Volvo” markalı iki yük avtomobilinin arasında sıxılıb qalması barədə məlumat daxil olub. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Keçirilən tədbirlər nəticəsində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 353