“06” traktorla toqquşdu - 3 yaralı


04:35     19 Dekabr 2015 ed5746a18984eeb232b30a1b19599201.jpg

Göygöldə 3 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Femida.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Mollacəlili kəndinə gedən yolda qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü Azər Mahmudovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə traktor toqquşub.

Qəza zamanı “VAZ”ın sürücüsü və avtomobildə olan iki nəfər, 1994-cü il təvəllüdlü Mənsur Əsgərov və 1997-ci il təvəllüdlü Şahmar Abdiyev müxtəlif xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. A. Mahmudovun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki nəfərə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1151