Mingəçevirdə yanğın, iki nəfər tüstüdən zəhərləndi


09:10     26 Dekabr 2020 2020/09/yangin-yeni_1600492363.jpg

Mingəçevir şəhərində yanğın olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 47 m² olan mənzildə tavan (lambirdən ibarət) 5 m² sahədə və ev əşyaları yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 289