Ağdamda xidmət edən əsgərlərimizə sovqat paylanılıb
12:37 26 Dekabr 2020

İşğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımıza dəstək aksiyası davam edir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən reallaşan aksiyanın növbəti ünvanı Ağdam rayonu olub.
Femida.az İnformasiya Agentliyinin çəkiliş qrupunun da iştirak etdiyi aksiyada buradakı əsgərlərə ümumilikdə 10 adda 4500-dən çox bağlama paylanılıb.
Hərbi qulluqçularımızla fərdi söhbətimizdə onlar qalib ordunun sıralarında xidmət etdiklərindən qürur duyduqlarını bildiriblər. Onlar belə məqamlarda əsgərlərimizi unutmayan xalqımızı, eyni zamanda onlara yardım edən təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.
Femida.az
Oxunub: 175
Oxşar xəbərlər
- Ağdamda idarə rəisi minaya düşüb
- Ağdamda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
- Ağdamda partlayış - 1 hərbçimiz həlak oldu, 2-si yaralandı
- Ağdamda bərpa edilən Şəmsi kəhrizi istifadəyə verildi
- Ağdamda 27 ədəd ağ fosfor tərkibli minaatan mərmisi aşkarlanıb
- Ağdamda FHN-in yerli strukturu fəaliyyətə başlayıb
- Ağdamda üç nəfər minaya düşüb, ölən var
- Ağdamda dağıntılardan başqa heç nə qalmayıb - “Əl-Cəzirə”nin reportajı (VİDEO)
- Ağdamda ağacəkmə aksiyası keçirildi
- Ağdamdan çıxan sonuncu işğalçılar - VİDEO