4500-dən çox şəhid ailəsi və müharibə iştirakçısına sosial dəstək göstərilib


17:19     26 Dekabr 2020 20_12_26_1608988804.jpg


Prezident İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə, müharibə iştirakçılarına sosial dəstək işləri aparır.


Nazirlikdən Femida.az-a bildirilib ki, son bir ayda bu kateqoriyalardan olan 4500-dən çox şəxs xüsusi qayğı, sosial dəstəklə əhatə edilib.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı məlumat verib. Nazir o cümlədən, şəhid ailəsi üzvlərindən 1500-dən çoxuna artıq müvafiq sosial ödənişlərin təyin edildiyini, 1300 ailənin özünüməşğulluq proqramına cəlb olunduğunu deyib.

S.Babayev həmin insanlara reabilitasiya və sosial psixoloji dəstək yönümlü xidmətlərin də göstərildiyini qeyd edib.

Bildirib ki, son bir ayda şəhid və yaralanmış hərbçilərin ailələrindən 2 minədək ailə Nazirlik tərəfindən sosial psixoloji dəstəklə əhatə olunub. Onlardan bir qismi qurumun reabilitasiya müəssisələrində sosial psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib. Qalan hissəsinə evlərinə gedilməklə, səyyar formada psixoloji dəstək göstərilib. Bütün bu istiqamətlərdə işlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 337


Oxşar xəbərlər