45 gün komada qalan Vətən müharibəsi qazisi şəhid olub


17:48     26 Dekabr 2020 20_12_26_1608990690.jpg

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Natiq Mahmudov şəhid olub.

Femida.az xəbər verir ki, o, 45 gün komada qalıb.

Həkimlərin səylərinə baxmayaraq, N.Mahmudovun həyatını xilas etmək mümkün olmayıb.

Qazi Zaqatala şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 587